23 oktyabr 2014 12:30
Vladimir Levin: Dneprin Qarabağa qalib gələcəyinə 99 faiz əminəm
“Qəbələ”nin müdafiəçisi Vladimir Levin “Qarabağ”la “Dnepr” arasında keçiriləcək Avroliqa matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Komandalara xal qazanmaq lazımdı. “Dnepr”in heyəti daha güclüdü. Çox yaxşı futbolçuları var. Çempionatda da uğurlu çıxış edirlər. 99 faiz əminəm ki, “Dnepr” “Qarabağ”a qalib gələcək. Əlbəttə, “Dnepr” Madrid “Real”ı deyil, onlara qarşı oynamaq olar. Yəni ağdamlıların da şansı var. Amma onları çox çətin sınaq gözləyir”.
