22 oktyabr 2014 16:45

Kravçenko: Qarabağla oyunumuz asan olmayacaq

Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Sergey Kravçenko klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Öncə "Qarabağ"dakı karyeranız haqda danışardız...
- Bundan xeyli vaxt keçib. Komanda tam dəyişib. Mən oynadığım dövrdən sadəcə, bir futbolçu qalıb. Bu komandanın indiki gücünü müəyyənləşdirmək çox çətindi. Braziliyalılar aparıcı gücə malikdilər. Ümumiyyətlə, bu ölkələrin təmsilçiləri topla oynamağı çox sevirlər.

- Azərbaycan klubları üçün Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq ciddi uğurdu. Amma yəqin ki, artıq onlar daha ciddi uğurlar üçün çalışırlar...
- Əlbəttə. Mən "Qarabağ"ın "Sent-Etyen"lə oyununu izləmişəm, onlar çoxlu qol epizodları yaratdılar. Əminəm ki, bizim də onlarla oyunumuz asan olmayacaq.

- Bu komandada çıxış edərkən Bakıda yaşayırdız?
- Bəli. "Qarabağ" Ağdamı təmsil etsə də, komanda Azərbaycan paytaxtında məskunlaşmışdı. Bakı hələ o zaman məndə xoş təəəssürat yaradırdı. Deyirlər indi daha da gözəlləşib.

- Komandada sizə münasibət necə idi?
- Komanda yoldaşlarım məni çox yaxşı qəbul etdilər. Baş məşqçinin də inamını hiss edirdim. İlk dörd turda üç qol vurmağa nail oldum. Onlardan birini "Neftçi"yə vurmuşdum. Hətta mətbuatda mənim Azərbaycan yığmasında oynamağım müzakirə mövzusuna çevrilmişdi. Yerli pasport almaq üçün mənə bir ay vaxt lazım idi.

- Razılaşmadız?
- Xeyr. Çünki öz ölkəmin yığmasında oynamağı arzulayırdım.

- "Qarabağ"la hansısa əlaqəniz qalıb?
- Klubda hələ də bir mütəxəssis işləyir. O, əvvəllər mətbuat xidmətində çalışırdı, indi isə aparıcı menecerdi. Yaxınlarda onunla söhbətləşdim. Futbolçulardan isə yalnız Namiq Yusifovla münasibətim qalır.

- O vaxt "Qarabağ"dan tez getməyinizə nə səbəb oldu?
- "Vorskla"dan təklif gəldi. Onlar çıxışımı diqqətlə izləyirdilər. Onların bu təklifini qəbul etməli oldum.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.