22 oktyabr 2014 11:55

Qəbələ Dinamo ilə qarşılaşacaq

“Qəbələ”  Futbol Akademiyası mövsümün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət  komandamız  oktyabrın 23-dən  26-dək Litvanın  paytaxtı Vilnüsdə təşkil olunacaq “Ateitis Cup 2014” beynəlxalq turnirində iştirak edəcək. Məqsəd komandanın  hazırlıq  səviyyəsini  daha  da yaxşılaşdırmaqdı.

Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkəyə oktyabrın  22-də  yola  düşüb.  Turnirin  mükafatı  uğrunda “Qəbələ”  ilə  yanaşı  daha 11  komanda da  mübarizə  aparacaq. Bu 12 komanda 2 qrupa bölünüb. “Qırmızı-qaralar” B qrupunda “Orbita”, “Minsk”  (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparacaq. A qrupunda isə “Barselona”  Futbol Akademiyası (İspaniya), “Ateitis”(Litva), SHFS (Riqa, Latviya), “Lokomotiv” (Sankt-Peterburq,  Rusiya),  “Smena”, BATE (hər ikisi Belarus) çıxış edəcək.

“Qəbələ” oktyabrın 24-də keçiriləcək ilk turda “Feniks”lə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 13:50-də başlayacaq. Eyni gündə, saat 16:35-də isə Milli Futbol Akademiyası ilə görüşəcək “qırmızı-qaralar” 18:20-də Kiyev “Dinamo”su ilə görüşəcək. Ertəsi gün belaruslularla üz-üzə gələcək U-15 13:50-də “Minsk”, 19:40-da “Orbita”nı sınağa çəkəcək. Ayın 26-da isə müvafiq yerləri tutan komandalar həlledici matçlarda qüvvəsini sınayacaq.

“Ateitis Cup” turniri müxtəlif yaş  qrupları  arasında  olmaqla hər  il  keçirilir.  Litvaya  yollanacaq  qrupa  akademiyamızın  baş məşqçisi  Halim  Fıçıcı,  komandanın  baş  məşqçisi  Mehman Yunusov,  qapıçı  məşqçisi  Sahil Kərimov,  eləcə  də  20  nəfərlik futbolçu  heyəti  daxildir: Fərman Bayramov,  Sərxan  Osmanov, Rüstəm  Nuriyev,  İzzət  Müştaqov,  Vüsal  Məsimov,  Təbriz İsazadə,  Arsen  Ağcabəyov, Fəqan Məsimov, Tolqar Yaqubov,  Eldost  Qiyasbəyli,  Fərid  Quliyev, Məhəmməd Abbaslı,  Qabil Sabirli,  Kamran  Quliyev,  Rəşid Manafov,  Fikrət  Tağıyev, Rəşad Tağıyev,Elcan Hafizli, Elmir Tağıyev və Rəşad Bağırov. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.