22 oktyabr 2014 11:25

Qurban Qurbanov: Dneprin lider olması da bizim üçün əlavə motivasiyadı

"Qarabağ"ın baş məşqçisi Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Dnepr"lə oyun öncəsi vəziyyət necədi?
- Bütövlükdə, pis deyil. Çalışırıq ki, oyuna qədər hər şey qaydasında olsun. Amma bəzi itkilərimiz var.

- Danilo Dias oynaya biləcək?
- O, hələ fərdi məşqlər edir. Riçard Almeyda da yüngül proqram üzrə hazırlaşır. Kiçik problemlərimiz var. Amma fikrimcə, oyuna kimi hər şey düzələr.

- Milana komandanız oyundan üç gün öncə getmişdi, Kiyevə isə oyundan bir gün əvvəl. Bu, nə ilə əlaqədardı?
- Gərgin qrafik səbəbindən məhz belə addım atmalı olduq. Tez getməkdə bir məna görmürəm. Bunun oyunumuza təsir edəcəyini də düşünmürəm. Oyun günü Kiyevdə bir məşqə çıxacağıq və bu, bizə bəs edəcək.

- "Dnepr"i nə dərəcədə yaxşı tanıyırsız?
- Təəssüf ki, rəqibi yaxşı tanımaq mümkünsüzdü. Onlar hər oyunda heyəti, taktikanı dəyişə bilirlər. Amma müəyyən məlumatlar toplaya bilmişik.

- Bu komandanın Ukrayna Premyer Liqasında "Dinamo" və "Şaxtyor" kimi komandalardan öndə qərarlaşması sizi qorxutmur?
- Əksinə, Ukrayna çempionatının liderinə qarşı oynamaq xoş olacaq. Bu da əlavə bir motivasiyadı.

- Bu oyunu qrupdan çıxmaq baxımından həlledici saymaq olar?
- Üç xallıq sistemdə hər şey ola bilər. Rəqiblərimizin də neçə xal toplamasından çox şey asılıdı.

- Yəqin ki, heç-heçə sizi qane edəcək?
- Oyunun necə keçəcəyindən asılıdı. Mümkündü ki, oyundan sonra bu nəticəyə sevinək. Ya da bunun əksi olsun. Hər şeyə hazır olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.