21 oktyabr 2014 15:40

Ristoviç: Hələ də başa düşə bilmirəm ki, hakim həmin penaltini niyə təyin etdi

"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviç Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "Xəzər Lənkəran"la oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Xəzər Lənkəran"a qarşı yaxşı oynadıq. İlk 35 dəqqədə rəqibə qol şansı vermədik. Amma hakim qapımıza penalti təyin etdi. Mən hələ də başa düşə bilmirəm ki, həmin penaltini nəyə görə verdi. Təkcə mən yox, ümumiyyətlə heç kim".

Serb xavbekin fikrincə, Əliyar Ağayev bu oyunu pis idarə edib: "Həmin hakimin adını da bilmirəm. Amma dəqiq bilirəm ki, o, qapımıza penaltini heç nədən təyin etdi. Əminəm ki, orada heç bir qayda pozuntusu olmamışdı. Bütövlükdə, oyunu çox pis idarə etdi. Demək olar ki, oyunumuzu sındırdı. Heyətimizdə gənc futbolçular çoxdu. Amma belə qərarlar onlara, onların oyunlarına çox pis təsir göstərir".

Ristoviç onu da qeyd edib ki, ilk penalti olmasaydı, "Xəzər Lənkəran"a 4 cavabsız qolla uduzmazdılar: "Daha sonra bizim oyunçumuza qırmızı vərəqə də göstərildi. Ardından daha bir penalti təyin edildi. Nə baş verdiyini, hakimin niyə belə qərarlar verdiyini hələ də başa düşə bilmirəm. Düzdü, XL yaxşı oynadı, bunu inkar etmirəm. Amma ilk penalti olmasaydı, heç kim matçın necə başa çatacağını deyə bilməzdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.