21 oktyabr 2014 13:42

Rauf Əliyev: Berti Foqtsun gedişi millimizin xeyrinə olacaq

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyevin azerispot.az saytına müsahibəsi

- "Bakı" üzərində 4:0 hesablı qələbəni necə şərh edə bilərsiz?
- İlk qola qədər çox çətinlik çəkdik. Amma hesab açılandan sonra özünəinam artdı. Nəticədə yaxşı nəticə qazana bildik.

- Penalti ədalətli qərar idi?
- Bu barədə danışmaq istəmirəm. Hakimin qərarı müzakirə olunmur.

- İkinci penalti zamanı Qalin İvanov və Alfred Sanko ilə nəyi bölüşə bilmirdiz?
- Orada sadəcə, anlaşılmazlıq yarandı. Hətta baş məşqçi də mənim vurmağımı istəyirdi. Digər oyunçular isə başqasına işarə etdiyini düşünürdü.

- Keçmiş komandanıza qarşı oyunda həyəcan var idi?
- Xeyr, heç bir xüsusi hiss yox idi. Adi oyun oldu.

- Keçmiş komanda yoldaşlarınızla söhbətləşə bildiz?
- Əlbəttə, orada mənə yaxın uşaqlar oynayır.

- XL bu qələbə sayəsində 5-ci pilləyə yüksəldi...
- Bu, hələ son hədd deyil. Biz daha yüksək yerləri tutmaq üçün mübarizə aparacağıq.

- Qarşıda sizi daha bir keçmiş klubunuzla - "Qarabağ"la oyun gözləyir...
- Çətin oyun olacaq. Özü də səfərdə oynayacağıq.

- Berti Foqtsun istefasını necə qarşıladız?
- Hər şeyi zaman göstərəcək. İstənilən halda belə bir dəyişiklik yığmamızın xeyrinə olmalıdı.

- Bilirsiz ki, Foqts yığmamızın üzvlərini qeyri-peşəkarlıqda günahlandırıb?
- Buna cavab verməyəcəm. Qoy nə danışır, danışsın.

- Mahmud Qurbanovdan nə gözləyirsiz?
- O, bu postda müvəqqətidi. Amma şadam ki, bizi Norveçlə oyuna məhz o çağıracaq. Çalışacağıq ki, azarkeşləri sevindirək.

- Yığmada yerli, yoxsa əcnəbi məşqçi görmək istərdiz?
- Yerli.

- Mahmud Qurbanovu, ya Şahin Diniyevi?
- Bu barədə nəsə deyə bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.