21 oktyabr 2014 12:00
Dnepr Qarabağla oyunun aşkar favoritidi
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” Ukraynada "Dnepr"in qonağı olacaq "Qarabağ"ın şansının az olduğu qənaətindədi.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Qrup mərhələsi
23 oktyabr
Dnepr - Qarabağ (1.30 - 4.20 - 6.20)
