20 oktyabr 2014 16:45

147-ci tək debütant və ya 2800-cü qolu kim vuracaq?

Bu həftə Azərbaycan kubokunda yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, 18 komandanın iştirakı ilə keçiriləcək 2014/15 mövsümünün kuboku 1/16 final mərhələsi ilə başlayacaq.

İlkin mərhələdə 1-ci divizionun 4 komandası mübarizəyə başlayacaq.

İlk dəfə

Oktyabrın 22-də qarşılaşacaq cütlər indiyədək Azərbaycan kuboku tarixində üz-üzə gəlməyib. İlk dəfə təsadüf olunan cütlər iki 1/8 finalçının adına aydınlıq gətirəcək.

Azərbayan Kuboku
1/16 final

22 oktyabr

1. MOİK - "Lokomotiv" – indiyədək görüşməyiblər
2."Qaradağ Lökbatan" - "Zirə" – indiyədək görüşməyiblər

147-ci

1/16 final mərhələsinin 4 iştirakçısından üçü əvvəllər də Azərbaycan kubokunda mübarizə aparıb. Yalnız “Zirə” bu turnirin debütantıdı. Düzdü, qəsəbə əvvəl “Dəniz neftçiləri” və “Neftqaz” komandaları ilə kubokda təmsil olunub. Lakin eyniadlı komanda yarışda debüt edir. İndiyədək ölkə kubokunda 146 komandanın oynadığını nəzərə alsaq, debütant bu siyahıya 147-ci kimi daxil olacaq.

MOİK-in 50 arzusu

1/16 final mərhələsinin iştirakçıları arasında Azərbaycan kubokunun ən təcrübəlisi MOİK-di. Bu yarışda 56 matç keçirən paytaxt klubu 50-ci yubiley qolunun yaxınlığındadı. Bakılılar bunun üçün iki dəfə fərqlənməlidi. “Qaradağ-Lökbatan” 20-ci qol üçün meydana çıxacaqsa, keçirdiyi oyunlarda məğlub olan “Lokomotiv” ilk iddiasındadı.

2800-cü qolu kim vuracaq?

1/16 final mərhələsi ölkə kuboku tarixində yubiley qolla əlamətdar ola bilər. Bunun üçün iki matçda ümumilikdə 3 qol vurulmalıdı. Belə ki, 23-cü yarışın startına qədər bu turnirdə 2797 qol vurulub. Penaltilər seriyası və texniki nəticələr nəzərə alınmamaqla baş tutan 919 qarşılaşmada orta məhsuldarlıq 3,04-ə bərabər olub. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.