20 oktyabr 2014 12:15
"Antiç Azərbaycan millisi üçün ideal namizəddi"
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Boyan İliç yığma komandamız üçün namizədinin adını açıqlayıb. Hazırda menecerlik edən keçmiş futbolçu AFFA-ya Radomir Antiçi təklif edib:
"Radomir Antiç Azərbaycan millisi üçün ideal namizəddi. Onun uğurlu karyerası və zəngin karyerası var. "Real", "Barselona", "Atletiko" kimi nəhəng klubları çalışdırıb. Həm də o, bura bəzi yaşlı mütəxəssislər kimi pul qazanmağa yox, işləməyə gələcək. Düzdü, o da gənc deyil, amma necə lazımdısa, çalışacaq".
