20 oktyabr 2014 11:50

Muarem Muarem: Dneprlə oyunlarda 4 xal qazanmaq əsas hədəfimizdi

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Qəbələ"yə qalib gəlsəz də, çətinlik çəkdiyiniz hiss olunurdu...
- Təbii ki, ağır oyun oldu. Bunun da öz səbəbləri var. Məsələn, xeyli müddət idi ki, bir yerdə məşq etmirdik. Əksər oyunçular ölkəsinin yığmasına dəvət olunmuşdu. Bizdə adətən yığmaların oyunlarından sonra belə çətinliklər olur. Əvvəllər hətta millinin oyunlarından sonra uduzurduq. Şadam ki, bu dəfə elə olmadı. Üç xal qazanmaq bizim üçün vacib idi.

- "Qarabağ" oyunun gedişində etdiyi dəyişikliklər sayəsində daha yaxşı oynadı...
- Elədi. Ümumiyyətlə, buna həmişə hazır olmaq lazımdı. Baş məşqçi bizi hansı mövqedə oynadırsa, bunu ən yaxşı şəkildə həyata keçirməliyik.

- Demək olar ki, komandanız Ukrayna "Dnepr"i ilə Avroliqa oyununa görə bu oyunda tam gücünü göstərmədi?
- Xeyr. Biz hər oyuna ayrıca hazırlaşırıq. Hazırda əsas diqqətimiz məhz "Dnepr"lə oyuna yönəlib. Amma bundan öncə ancaq "Qəbələ" ilə görüşü düşünürdük. Yəni hər şeyin öz vaxtı var. Yığmadan qayıdan oyunçularımızda yorğunluq da var idi. Belə bir vəziyyətdə "Qəbələ"yə qalib gəlməyimiz 3 xalı daha dəyərli edir.

- Ukrayna klubu ilə oyundan nə gözləyirsiz?
- Biz qrupdakı istənilən rəqibi məğlub edə bilərik. Amma "Dnepr"lə də səfərdə oynayacağıq və istəyimizə çatmaq çətin olacaq. Bu komanda ilə oyun bizim qrupdan çıxmaq yolunda bir çox suallara aydınlıq gətirəcək. Əsas hədəfimiz Kiyevdə uduzmamaqdı. Oradan yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Deməli, siz "Dnepr"lə qarşıdakı iki oyundan 4 xalla ayrılmağı hədəfləmisiz?
- Altı xal qazanmağımız daha yaxşı olardı. Amma dörd xalı da pis nəticə saymaq olmaz. Əsas səfər oyununda uduzmamaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.