20 oktyabr 2014 11:30
Draqan Çeran: Nəticə oyuna görə oldu
"Simurq"un hücumçusu Draqan Çeran Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox yaxşı oyun idi. "İnter"ə qarşı oynamaq həmişə çətin olur. Bu, rəqibin daha çox yarımmüdafiə xəttinə aiddi. Hər iki komandanın qələbə qazanmaq şansı var idi. Mənə elə gəlir ki, nəticə oyuna görə oldu".
