20 oktyabr 2014 00:10

Sürprizsiz tur

Milli komandaların oyunlarına görə Topaz Premyer Liqasında yaranan fasilə başa çatdı və 8-ci turun görüşləri ilə çempionat həyəcanı yenidən bərpa olundu. Azerisport.az xəbər verir ki, hesabat turunda demək olar ki, sürpriz nəticə qeydə alınmadı.

İlk oyun günündə öncə "Sumqayıt"la "Neftçi" qarşılaşdı. Mövsümə fırtına kimi başlayan sumqayıtlılar son turlarda uğursuz çıxış edirdilər. Bu üzdən Aqil Məmmədovun komandası ev oyununda xal və ya xallar qazanmaq ümidində idi. Amma "Neftçi"nin vurduğu erkən qol meydan sahiblərinin planlarını korladı. "Sumqayıt" görüşün qalan dəqiqələrində çox çalışsa da, məğlubiyyətdən qaça bilmədi və bu mövsüm 4-cü dəfə meydanı xalsız tərk etdi. Nəticədə, bu komanda turnir cədvəlinin 5-ci pilləsinə yuvarlandı. Arif Əsədovun komandası isə turnir cədvəlində ilk üçlükdədi.

Günün digər görüşü son çempion "Qarabağ"la "Qəbələ" arasında baş tutdu. Turun mərkəzi oyununda meydan sahibləri favorit göstərilirdi. Amma Dorinel Muntyanunun komandasının da şansları az qiymətləndirilmirdi. Qarşılaşma bərabər mübarizə şəraitində keçsə də, ağdamlılar rəqibdən fərqli, iki qol vuraraq, vacib üç xal qazanmağı bacardılar. Bu qələbə sayəsində "Qarabağ" hazırda ikinci pillədədi. "Qəbələ" isə hələ də qeyri-sabit oyun sərgiləyir və bu gedişlə liderlər qrupuna daxil olması çətin olacaq.

İkinci oyun günündə AZAL səfərdə "Araz Naxçıvan"la üz-üzə gəldi. Debüt mövsümündə "Neftçi" üzərindəki darmadağından sonra xala həsrət qalan Naxçıvan təmsilçisi nəhayət bu görüşdə uğursuz gedişata son qoymağı bacardı. "Təyyarəçilər" isə hər iki halda hesabda önə keçən tərəf olsa da, öz qapısında da iki qol gördüyü üçün qələbəni əldən vermiş oldu. Nəticədə, tərəflər hərəyə 1 xalla kifayətlənməli oldular.

Lider "İnter" isə bu tur futbol ictimaiyyətində "kiçik qardaş"ı hesab olunan "Simurq"la qarşılaşdı. Son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşən Zaqatala klubunun bu görüşdə də şansları yüksək qiymətləndirilmirdi. "Bankirlər" isə növbəti qələəsini qazanıb, zirvədəki mövqeyini qorumaq istəyində idi. Amma "Simurq" "böyük qardaşı"nın arzusunu gözündə qoydu. 90 dəqiqə ərzində qapılara qol vurulmayınca, görüş sülhlə bitdi. Amma bu, "İnter"in birinci pillədəki yerini qorumasına mane olmadı.

Turun qapanış matçı isə "Xəzər Lənkəran"la "Bakı" arasında keçirildi. Meydan sahibləri bu görüşün favoriti hesab olunurdu. Baxmayaraq ki, son iki oyununda qələbə qazanan "zolaqlılar"ın daha bir sürprizə imza atması da istina edilmirdi. Lakin bu görüşdə daha üstün futbol sərgiləyən cənublular rəqibini dörd cavabsız qolla məğlub etməyi bacardı. Bu qələbə sayəsində "ağ-yaşıllar" 5-ci pilləyə yüksəlmək şansı qazandılar.

Topaz Premyer Liqası
8-ci tur

Sumqayıt - Neftçi 0:1
Qol: Ernest Nfor, 12.
Sarı vərəqələr: Aleksandr Çertoqanov, 67 (Qeyri idman hərəkəti). Slavik Alxasov, 90 (Qeyri idman hərəkəti). - Elnur Allahverdiyev, 26 (Qeyri idman hərəkəti). Elvin Yunuszadə, 43 (Qeyri idman hərəkəti). Məqsəd İsayev, 73 (Qeyri idman hərəkəti). Mirhüseyn Seyidov, 89 (Qeyri idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
17 oktyabr 2014. Saat 16:00. Sumqayıt. “Kapital Bank Arena”, 1300 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov (11. Kiyan Sultanpur, 77), 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (77. Təvəkkül Məmmədov, 45+1), 45. Murad Ağayev (10. Tərzin Cahangirov, 41).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 57), 9. Flavinyo (k) (11. Nikolas Kanales, 46), 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov (15. Erik Ramos, 78), 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 17. Nicat Qurbanov, 28. Emin Mehtiyev.
Baş məşqçi: Arif Əsədov.

Qarabağ - Qəbələ 2:0
Qollar: Vüqar Nadirov, 45+2. Reynaldo Silva 89-pen.
Sarı vərəqələr: Rəşad Sadıqov, 17 (Qeyri idman hərəkəti). Admir Teli, 36 (Qeyri idman hərəkəti). Riçard Almeyda, 54 (Qeyri idman hərəkəti). Vüqar Nadirov, 87 (Qeyri idman hərəkəti) - Elvin Camalov, 30 (Qeyri idman hərəkəti). Aleksandru Benqa, 52 (Qeyri idman hərəkəti). Vidal Kunya Markus, 82 (Qeyri idman hərəkəti). Müşfiq Teymurov, 88 (Qeyri idman hərəkəti). Adrian Ropotan, 90+3 (Qeyri idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor:  Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
17 oktyabr 2014. Saat 19:30. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 1000 tamaşaçı.

Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (2. Qara Qarayev, 46), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda (8. İnnosent Emeqara, 67), 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc (9. Reynaldo Silva, 56), 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 9. Viktor Mendi, 10. Dodo (21. Yazalde de Pinto, 82), 12. Aleksandru Benqa (8. Vidal Kunya Markus, 60), 14. Cavid Hüseynov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Ürfan Abbasov (88. Müşfiq Teymurov, 13), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 11. Andrey Kristya, 5. Sadiq Quliyev, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Dorinel Muntyanu.

Araz Naxçıvan - AZAL 2:2
Qollar: David Janelidze, 44. Bəxtiyar Soltanov, 62 - Rəşad Abdullayev, 23-pen. Konseysao Eduardo, 49.
Sarı vərəqələr: Ruslan Zubkov, 12 (qeyri idman hərəkəti). Tural Hümbətov, 23 (qeyri idman hərəkəti). Aqil Nəbiyev, 33 (qeyri idman hərəkəti). David Janelidze, 42 (hakim qərarına etiraz). - Rəşad Abdullayev, 13 (qeyri idman hərəkəti). Freddi Mombonqo, 28 (qeyri idman hərəkəti). Luis Ramos, 57 (qeyri idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
18 oktyabr 2014. Saat 15:00. Naxçıvan Muxtar Respublika Stadionu, 4100 tamaşaçı.

Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov (24. Azər Məmmədov, 46), 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov (21. David Janalidze, 25), 8. Elmin Çobanov, 10. Eşqin Quliyev, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov, 20. Ruslan Zubkov, 44. Saşa Yunisoğlu (5. Cavid Həsənov, 67).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 15. Ruslan Nəsirli, 91. Kamil Nurəhmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor  İqbekoyi, 72), 11. Con Kordoba (10. Tomi Kostadinov, 76), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k) (7. Təmkin Xəlilzadə, 82).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 21. Novruz Məmmədov, 47. Elməddin Hüseynzadə.
Baş məşqçi: Tərlan Əhmədov.

İnter - Simurq 0:0
Sarı vərəqələr: Nizami Hacıyev, 90+3 (hakim qərarına etiraz) - Stepan Polyak, 78 (qeyri idman hərəkəti). Benjamin Lambot, 90+3 (qeyri idman hərəkəti).
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
18 oktyabr 2014. Saat 18:00. Bakı. “İnter Arena”, 600 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili (4. İvan Benitez, 31), 8. Mikel Alvaro (10. Elvin Məmmədov, 67), 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (12. Nildo Franka Junior, 73), 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavco Georgiyevski, 7.  Abdulla Abatsıyev, 11. Asif Məmmədov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 6. Samir Zərgərov (9. Lukas Tresnak, 89), 10. Rəşad Eyyubov (13. Əli Gökdemir, 90), 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç (5. Vadim Abdullayev, 79).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.

Xəzər Lənkəran - Bakı 4:0
Qollar: Alfred Sanko, 35-pen. Qalin İvanov, 38, Elnur Cəfərov, 43. Rauf Əliyev, 79-pen.
Matçın 75-ci dəqiqəsində Nurlan Novruzov penaltidən yararlana bilməyib.
Sarı vərəqələr: Alfred Sanko, 41(qeyri-idman hərəkəti) - Elşad Manafov, 26 (oyun qaydalarının sistematik pozulması); 69 (rəqibi əllə tutduğuna görə). Georgios Palagios, 34 (hakimin qərarına etiraz). Risto Ristoviç, 36 (hakimin qərarına etiraz). Vüqar Bəybalayev, 78 (qeyri-idman hərəkəti). Aydın Mustafazadə, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elşad Manafov, 69(rəqibi əllə tutduğuna görə).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 2 dəq.
19 oktyabr 2014. Saat 17:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 5000 tamaşaçı.

Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Qalin İvanov (28. Fernando Qabriel, 76), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake (33. Rasim Ramaldanov, 70), 63. Alfred Sanko (22. Əfran İsmayılov, 85), 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 13. Aleksandr Şemonayev, 99. Deyan Blajevski, 44. Ruslan Cəfərov.
Baş məşqçi: Oğuz Çətin.
Bakı: 1. Aqil Məmmədov, 6. Vüqar Bəybalayev, 19. Eltun Hüseynov, 5. Georgios Palagios, 21. Elşad Manafov, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (k), 22. Risto Ristoviç (55. Aydın Mustafazadə, 80), 18. Əziz Quliyev (7. Nuran Qurbanov, 44), 11. Tural Qürbətov (20. Valeh Seyidov, 74), 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 17. Elmin Ələsgərli, 15. Azad Kərimov, 56. Qeyrət Əliyev.
Baş məşqçi: İbrahim Uzunca.
 

1İnter843120-415
2Qarabağ742111-614
3Neftçi74126-713
4Sumqayıt840410-1112
5Xəzər Lənkəran83239-611
6Qəbələ83237-1011
7Simurq83149-810
8AZAL72327-89
9Bakı82156-197
10Araz Naxçıvan71157-94

Bombardirlər:
5
- Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt)
3 - Vüqar Nadirov (Qarabağ), Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ), David Janelidze (Araz Naxçıvan).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.