19 oktyabr 2014 12:00

Rəşad Sadıqov: Ukrayna səfəri Qarabağ üçün qrupda ən çətini olacaq

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- Çətin olacağını bilirdik. 20 gün idi birgə məşq etmirdik. Əlbəttə, bu, oyunumuza təsirini göstərdi. Zədəlilər də var idi. Reynaldo da "İnter"lə qarşılaşmada zədə almışdı, amma bunu heç kim bilmirdi. Demək olar ki, bircə gün məşq etmişdi. "Qəbələ" çox yaxşı oynadı, əks-hücumlarla yadda qaldı.

- Qarşıda Ukrayna "Dnepr"i ilə oyun var. Bu oyun Milan "İnter"i ilə görüşdən daha çətin ola bilər?
- Əlbəttə, çətin olacaq. "İnter" daha sakit və səbrli oynayırdı. "Dnepr" isə aqressiv çıxış edəcək, pressinq tətbiq edəcək. Yaxşı hücum potensialı var. Mən hələ öncədən demişdim ki, Ukraynaya səfər "Qarabağ" üçün ən çətini olacaq. Amma hər şeyə rəğmən orada yaxşı futbol sərgiləmək istəyirik.

- Berti Foqtsun gedişi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Düzünü desəm, gözlənilməz oldu. Əlbəttə, Xorvatiyaya məğlubiyyət ağır idi. Amma hamı onun üçün vuruşdu. Bu məğlubiyyətə görə bütün məsuliyyəti yox, həm də biz daşıyırıq. Futbolda adətən ən böyük məsuliyyəti baş məşqçi üzərinə götürür. Altı il müddətindəki fəaliyyətinə görə Foqtsa təşəkkürümü bildirirəm. Karyeramın yarısını onun rəhbərliyi altında keçirmişəm. O, mənə həmişə inanıb.

- Qurban Qurbanovun milliyə gəlməsi realdı?
- Yığma başqa, "Qarabağ" başqadı. İndi bu barədə danışmaq istəmirəm. Hazırda bir şeyi bilirəm ki, bizi Norveçlə oyuna Mahmud Qurbanov çıxaracaq. Qalanına AFFA qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.