18 oktyabr 2014 14:22

Dodo: Hakim bizə oynamağa imkan vermədi

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"a məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- İlk növbədə onu qeyd edim ki, "Qəbələ" bu görüşdə pis oynamadı. Biz məğlubiyyətə yox, daha artığına layiq idik. İlk hissədə hesabı açmağa borcluyduq.

- Amma bunu rəqib etdi...
- Bizdə nəsə çatışmadı. Bəzi məqamlar daha yaxşı oynamağımıza mane oldu.

- Siz hakimlikdən narazı qaldığınızı demək istəyirsiz?
- Hə. "Qarabağ"ın qələbəsinə kölgə salmaq istəmirəm. Amma hakim bizə qarşı çox çalışdı. Demirəm Rəhim Həsənov rəqibin qələbə qazanmasını istəyirdi. Sadəcə, o, bizə oynamağa imkan vermədi.

- Sizə elə gəlmir ki, müdafiə xəttiniz bu oyunda çox kobud səhvlər buraxdı?
- Hamı səhv edir. Mən ancaq müdafiə xəttini qınamaq fikrindən uzağam. Səhvi bütün komanda buraxdı.

- İstənilən halda "Qəbələ" yenə qələbə qazana bilmədi...
- Son zamanlar bizim qətiyyən bəxtimiz gətirmir. Yaxşı kollektivimiz, baş məşqçimiz var. Amma bu, futboldu, bir gün yaxşı oynayırsan, o birində pis. Fikrimcə, yaxşı komanda olduğumuza görə qələbə qazanmağa borcluyuq.

- Siz zədə səbəbindən bir neçə oyunu buraxdız, amma "Qarabağ"la görüşdə meydanda idiz...
- Artıq qaydasındayam. Amma 100 faiz yox. Növbəti oyunda tam hazır olacağam və "Sumqayıt"la görüşdə komandama daha çox kömək edəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.