18 oktyabr 2014 12:15

Reynaldo: Ümid edirəm ki, Qurban Qurbanov Qarabağda qalacaq

"Qarabağ"ın hücumçusu Reynaldonun Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşdıqları “Qəbələ” ilə oyundan (2:0) sonra azerisport.az saytına müsahibəsi

- "Qəbələ"ni məğlub etdiz. Bu oyunu necə şərh edərdiz?
- Əlimizə düşən imkanları dəyərləndirib, 2 cavabsız qol vurduq. Rəqibin də şansı oldu. Xüsusən, ilk hissədə yaxşı hücumlar qurdular. Amma yaxşı ki, Vüqar Nadirov fasiləyə dəqiqələr qalmış qol vurdu. İkinci hissədə də daha bir qol vurub, qalib gəldik.
 
- Son oyunlardan sonra belə fikir yaranıb ki, Reynaldo əlverişli qol imkanlarında xəsislik edib, komanda yoldaşlarına ötürmə vermir. Bununla razılaşırsız?
- Mən komandamızın qələbəsi üçün hər şeyi edirəm. Hücumda tək oynayıram. Ona görə də bəzən ötürmə vermək üçün imkanım olmur.
 
- Artıq neçə oyundu ki, əlverişli qol vəziyyətlərindən yararlana bilmirsiz. Bunun səbəbi nədi?
- Əlimə düşən imkanlardan istifadə etmək istəyirəm. Topu vururam, qapıya daxil olmur. Başqa nə edə bilərəm ki? Məyus olmağa dəyməz.
 
- Komandanızın yeni transferi, isveçrəli hücumçu İnnosent Emeqaranın çıxışı haqqında nə deyə bilərsiz?
- Yaxşı futbolçudu. İnanıram ki, “Qarabağ”a çox kömək edəcək.
 
- Zədəli olan Danilo Dias və Çumbinyonun yoxluğu sizə qarşıdakı oyunlarda nə kimi çətinliklər yarada bilər?
- Danilo Dias tezliklə meydana dönəcək. Çumbinyo isə uzun müddət olmayacaq. O, bizim üçün çox vacib futbolçudu.
 
- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts istefa verdi. Bu barədə nə deyə bilərsiz?
- Mən millinin futbolçusu deyiləm. “Qarabağ”da oynayıram və yalnız bu komanda haqqında suallara cavab verə bilərəm.
 
- Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçi postuna ən real namizəddi. Onun yığmaya getməsini istəyərdizmi?
- Ümid edirəm ki, o, “Qarabağ”da qalacaq. Çünki  Qurban Qurbanov bu komandaya çox lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.