18 oktyabr 2014 11:15
Güvənc Kurtar: Azərbaycan yığmasını Qurban Qurbanov da dəyişə bilməyəcək
Türkiyəli məşqçi Güvənc Kurtar "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisini çalışdırmaq perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması indi çox pis çıxış edir. Hətta Qurban Qurbanov da indi ora getsə, heç nə dəyişməyəcək. Uğurlu nəticə qazanmaq üçün zamana ehtiyac var. Dərhal uğur gözləməyə dəyməz".
