18 oktyabr 2014 11:00
Emeqara: Qələbə üçün əlimdən gələni etdim
"Qarabağ"ın yeni forvardı İnnosent Emeqara Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qələbə qazandığımıza görə çox şadam. Meydana ikinci hissədə çıxdım, qarşılaşmanın bizim xeyrimizə başa çatması üçün əlimdən gələni etdim. Penalti? Bu qərarı hakim qəbul etdi. Mən bu barədə nə deyə bilərəm ki? Əgər o, penalti olduğunu deyirsə, deməli, elədi".
