18 oktyabr 2014 00:49

Berti Foqts: Bu oyunçularla bundan artığına nail ola bilməzdim

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Deyirlər siz Azərbaycan yığmasından istefa vermisiz...
- Nə? İnanmıram ki, bu, Almaniyada o dərəcədə vacib bir məsələdi.

- Siz Xorvatiyaya 0:6 hesablı məğlubiyyətə görə belə addım atdız?
- Bəli. Mən sadəcə, bezdim.

- Seçmə mərhələdəki uğursuzluqlardan?
- Məsələ təkcə nəticələrdə deyil, yaranan vəziyyətdədi. İtaliya ilə oyundan sonra komandanın Xorvatiyaya qarşı mübarizə aparmağa gücü qalmamışdı.

- Niyə?
- Çünki yeddi il idi futbolçular məndən həmişə eyni sözləri eşidirdi: "Siz öz üzərinizdə daha çox çalışmalısız, daha çox qaçmalısız". Eşidirdilər, amma heç nə etmirdilər. Klublarda normal məşq yox idi. İtaliyaya qarşı oynamayan futbolçular məşqlərə həvəssiz yanaşırdılar. Mən də bütün bunlara bundan artıq dözə bilməzdim.

- Siz komandanızın AÇ-2016-ya vəsiqə qazanacağına ümid edirdiz?
- Düzünü desəm, hə. Amma püşk bizə İtaliya, Xorvatiya, Norveç və Bolqarıstan kimi rəqibləri qismət etdi. Xorvatiyaya sonuncu məğlubiyyətdən sonra mən və iki köməkçim - Uli Ştyanla Volfqanq Rolf oradan getməyə qərar verdik.

- Azərbaycandakı yeddi illik fəaliyyətdən nə nəticə çıxardız?
- Bu, çox çətin dövr idi. Amma nəyəsə nail ola bildim. Komanda FİFA reytinqində 147-ci yerdən 37-dək yüksələ bildi. Problem ondadı ki, Azərbaycanda futbolu pula görə oynayırlar. Oradakı futbolçular futbolla yaşamırlar. Əksər futbolçulara xaricdə oynamağı təklif edirdim. Amma belə edəcəkləri halda onlar Azərbaycanda qazandıqlarından beş dəfə az qazanc əldə edəcəkdilər. Mən komandada gəncləşdirmə siyasəti aparmağa başlasam da, vəziyyət düzəlmək bilmirdi. Onlarla bundan artığına nail ola bilməzdim.

- Karyeranızı davam etdirmək üçün hansı planlarınız var?
- Xeyr, indi mən heç bir iş görmürəm. Qolfla məşğulam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.