17 oktyabr 2014 23:00
Qurban Qurbanov: Mənə yığmadan təklif gəlməyib
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan yığmasından dəvət alması barədə xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mənə hələ yığmanı çalışdırmaqla bağlı təklif olunmayıb. Bu, elə məsələdi ki, yalnız dəvət alandan sonra nəsə demək olar. İndi öz mövqeyimdən razıyam. Başqa bir vəzifə haqda düşünmürəm. Əgər Azərbaycan futboluna lazımıqsa, onda bunu müzakirə edə bilərik. Amma indi bütün fikrim "Qarabağ"a yönəlib. Baxmayaraq ki, adımın yığma ilə yanaşı çəkilməsi də çox xoşdu".
