17 oktyabr 2014 22:30
Tino Peres: Dinanı yaxşı tanıyıram
"Araz" futzal klubunun baş məşqçisi Tino Peres UEFA Kubokunun elit raundunun püşkatmasını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, komandasına rəqib olan "Dina" (Rusiya), "Slov-Matik" (Slovakiya) və "Xrudim" (Çexiya) haqda bunları söyləyib:
"Normal püşkatmadı. "Dina" ilə "Xrudim" bizim əsas rəqiblərimiz olacaq. Moskva klubunu kifayət qədər yaxşı tanıyıram. Çünki son zamanlara kimi Rusiyada çalışmışam. Gənc komandamız var. Amma qrup birincisi olmaq üçün mübarizə aparacağıq".
