17 oktyabr 2014 21:45
Qurban Qurbanov: Əmin olmadıqları penaltini verməsinlər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu qarşılaşma bizim üçün vacib idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bunu reallaşdırdığımız üçün sevinirəm. Komandamın oyunundan tam razı qala bilmәrәm. Bәzi problemlәr hiss olunurdu. Bunları aradan qaldırmağa çalışacağıq. Hakimlərə məsləhətim odu ki, əmin olmadıqları penaltini verməsinlər”.
