17 oktyabr 2014 21:35
Dorinel Muntyanu: Bəzi insanlar bizə mane oldu
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz, bütün bunlar bəhanə ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu. Amma ümumi götürsək, yaxşı oynadıq. “Qarabağ”la oyunu komanda ilə birgə təhlil edəcəyik”.
