Aqil Məmmədov: Mövsümün ən yaxşı oyununu sərgilədik
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik. Ən azından heç-heçə edə bilərdik. Mən futbolçulara təşəkkür edirəm. Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidi. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdı”.
