17 oktyabr 2014 17:45
İnter Simurqla sülh bağladı, AZAL Araz Naxçıvana qalib gəldi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatında 8-ci turun daha iki oyunu reallaşıb. Azerisport.az xəbər verir ki, oyunlarda aşağıdakı nəticələr qeydə alınıb.
Araz Naxçıvan - AZAL - 0:1
Qol: Aydın Qasımov, 55-pen.
İnter - Simurq - 1:1
Qollar: Mirzağa Hüseynpur, 45+1 - Nicat Muxtarov, 21.
