17 oktyabr 2014 17:40
Azərbaycan çempionu UEFA Kubokundakı rəqiblərini tanıdı
Bu gün Nyonda futzal üzrə UEFA Kubokunun Elit raundunun püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın da rəqibləri bəlli olub.
Təmsilçimiz "Dina" (Rusiya), "Slov-Matik" (Slovakiya) və "Xrudim"lə (Çexiya) eyni qrupda yer alıb.
Digər qrupların tərkibi belədi:
A qrupu: Sportinq (Portuqaliya), İnter (İspaniya), Qrand Pro (Bolqarıstan), Şarlerua (Belçika).
C qrupu: Kayrat (Qazaxıstan), Sportinq (Fransa), Nikars (Latviya), Ekonomats (Serbiya).
D qrupu: Barselona (İspaniya), Berettouyfalu (Macarıstan), Baku Yunayted (İngiltərə), Lokomotiv (Ukrayna).
Qeyd edək ki, qruplardakı oyunlar 18-23 noyabr tarixlərində keçiriləcək.
