17 oktyabr 2014 17:20
Berti Foqts: Belə şəraitdə daha çox çalışa bilməzdim
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts istefasından danışıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Belə davam edə bilməzdim. AFFA prezidenti Rövnəq Abdullayevə bildirdim ki, əgər ölkəsi böyük futbolu istəyirsə, buna hazır olmalıdı. Ona təşəkkürümü bildirirəm. AFFA-da birgə çalışdığım əməkdaşlara da minnətdaram. Amma belə şəraitdə daha çalışa bilməzdim".
