17 oktyabr 2014 16:30
Vaqif Cavadov: Foqtsun bu tsikldə millidə qalmasını istərdim
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun yarımmüdafiəçisi Vaqif Cavadov Berti Foqtsun istefasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Deməli, getməyə qərar verdi. Azərbaycan yığması hazırda yaxşı dövrünü keçirmir. Amma mən onun bu tsikldə komandada qalmasını istərdim. Getmək istəyibsə, nə etmək olar? Yeni baş məşqçinin kim olacağına gəlincə, mən bu barədə bir söz deyə bilmərəm. Mən adi futbolçuyam. AFFA kimi lazım bilsə, onu da gətirəcək. Biz futbolçular isə sadəcə, yeni baş məşqçiyə yığmamızı bu vəziyyətdən çıxarmaqda kömək edə bilərik".
