17 oktyabr 2014 15:45
Nazim Süleymanov: Milliyə rəhbərlik etməyə hazıram
Veteran futbolçu Nazim Süleymanov yığmamıza rəhbərlik etməyə hazırdı. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Pis nəticə göstərən məşqçi istefa verməlidi. Seçmə mərhələ bizim üçün çox pis başladı. Ona görə də bu istefanı normal qəbul edirəm. Foqtsu yerli məşqçinin əvəzləməsinin tərəfdarıyam. Hər bir azərbaycanlı mütəxəssis futbolumuzun inkişafı üçün xidmət göstərir və onların hər bir bu posta rəhbərlik etməyə layiqdi. Yığmada çalışmaq böyük məsuliyyətdi. Amma kimsə bu postda çalışmalıdı. Şəxsən mən bu məsuliyyətdən çəkinmirəm və yükü üzərimə götürməyə hazıram. Təklif gəlsə, milliyə rəhbərlik etməyə hazıram. Kim gəlsə, ona uğurlar arzulayıram".
