17 oktyabr 2014 15:10
Neftçi Rusiyada darmadağına sevindi
“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirində üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Abxaziyanın “Ritsa” klubunu 5:1 hesabı ilə məğub edib.
“Neftçi”nin qollarını Ramin Nəsirli, Malik Nadirov, Zeynəddin Abdulrəhmanov və Vüsal Qəmbərov (2) vurub.
Komandamız qrupda son oyununu oktyabrın 18-də “Soçi” klubuna qarşı keçirəcək.
Qeyd edək ki, “Neftçi” bunadək Kalininqrad (2:0) və Qazaxıstanın “Kostanay” (0:3) komandaları ilə qarşılaşmışdı.
