17 oktyabr 2014 14:15
Neftçi azarkeşlərlə görüş keçirdi
“Neftçi” azarkeşlərlə görüşləri davam etdirir. Azerisport.az xəbər verir ki, növbəti belə görüş “Bakcell Arena”da baş tutub.
Tədbirdə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun adından azarkeşləri salamlayan vitse-prezident Elnur Məmmədov, komandanın hər bir uğurunda onların böyük pay sahibi olduqlarını bildirib. Qeyd olunub ki, xalq komandası olan “Neftçi” daim azarkeşlərinin dəstəyini hiss edib və bu dəstək zaman keçdikcə daha da güclənəcək. Klub və azarkeşlər arasında əlaqələr beynəlxalq təcrübəyə əsaslanaraq davam etdiriləcək və klub rəsmiləri ilə futbolsevərlər arasında mütəmadi görüşlər keçiriləcək. (klub saytı)
