17 oktyabr 2014 13:10
Millimiz Xorvatiyada daha bir darmadağınla üzləşdi
Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Sloveniyanın “Koper” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.
