17 oktyabr 2014 12:50

Elxan Abdullayev: Mən Qurban Qurbanovun namizədliyinin əleyhinəyəm

Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Berti Foqtsun istefasını necə qarşıladız?
- Gözləmirdim. İndi hamını bir sual düşündürür ki, vəziyyət yaxşılaşacaq, yoxsa daha da pisləşəcək? Çox insan onun gedişini sevinclə qarşılayır. Amma mən nəticə çıxarmağa tələsmək istəmirəm. Vəziyyət elədi ki, heç də adi dövr yaşamırıq. Seçmə mərhələdəki rəqiblərimiz də çox güclüdü. Yeni baş məşqçinin kim olacağı da bəlli deyil.

- Sizcə, yığmamıza kim rəhbərlik etməlidi?
- Hansısa yığmaya baş məşqçilik etmiş bir mütəxəssis olmalıdı. Həm də Foqtsun yerinə elə biri gətirilməlidi ki, onun səhvlərini təkrarlamasın. Alman mütəxəssisin Azərbaycanda az vaxt keçirməsini bəyənmirdik. İndi elə biri gətirilməlidi ki, hər gününü burada keçirsin. Yaşlı olmasını tənqid edirdik, deməli, daha enerjili, gənc mütəxəssislə anlaşmalıyıq.

- Yerli mütəxəssis gətirilməsinin tərəfdarı deyilsiz?
- Mən həmişə yerli mütəxəssislərin tərəfdarı olmuşam. Amma burada yığma komandadan söhbət gedir. Hazırda elə obyektiv və subyektiv amillər var ki, yerli mütəxəssislər arasında millini bu bataqlıqdan çıxaracaq məşqçi görmürəm.

- Niyə?
- Çoxlu amillər mövcuddu. Sirr deyil ki, azərbaycanlı məşqçilər üzərində təzyiq üçqat olacaq. Azarkeşlər tərəfindən də təzyiqlər böyük olacaq. Düşünmürəm ki, belə tələb və təzyiqlər altında hansısa yerli mütəxəssis nəticə verə bilsin. Futbolçularımızın da potensialı hər kəsə bəllidi.

- Azarkeşlər yığmanın Qurban Qurbanova tapşırılmasını istəyirlər...
- Mən onun namizədliyinin əleyhinəyəm. Ona qarşı heç bir qərəzim yoxdu. Sadəcə, hesab edirəm ki, Qurbanov hazırda milliyə rəhbərlik etməyə hazır deyil. Belə bir təcrübəsi yoxdu. Yığmada və klubda çalışmaq tamamilə fərqlidi. Qurbanov klub məşqçiləri arasında bir nömrədi. Düşünürəm ki, millidə çalışmaq vaxtı da gələcək.

- Bəs siz kimi təklif edirsiz?
- Mən xaricdən məşqçi gətirilməsinin tərəfdarıyam. Onun heç adlı-sanlı olması da vacib deyil. Sadəcə, o, bizim kriteriyalarımıza uyğun biri olmalıdı. Britaniya futbolunda hazırda böyük yüksəliş var. İrlandiya, Şimali İrlandiya və İngiltərə yığmaları hazırda öz qruplarında birinci yerdə gedirlər, Şotlandiya və Uels də yüksəlişdədi. Elə bir mütəxəssis gətirməliyik ki, bizi bu böhrandan çıxara bilsin. Bizim futbolu yaxından tanıması da vacib deyil. Guya Fabio Kapello Rusiyaya gələndə bu ölkənin futbolunu yaxşı tanıyırdı? Yeni gələn məşqçi üçün çempionatın 5-6 turununun oyunlarını izləmək yetərlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.