17 oktyabr 2014 12:10
Xəzər Lənkəran Bakı ilə matça 3 itki ilə hazırlaşır
Son üç gündə məşqlərini paytaxtda davam etdirən “Xəzər Lənkəran” dünən doğma şəhərə dönüb. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar" qısa fasilədən sonra axşam məşqini də Lənkərandakı bazasında keçirib.
Hazırda Uğur Pamuk və Rəşad Sadiqovla yanaşı Ağabala Ramazanov da zədə səbəbindən hazırlıqda iştirak etmir. Bu gün və sabah oyunöncəsi məşqlərini tamamlayan komanda daha sonra oyun saatını gözləyəcək.
Xatırladaq ki, "Xəzər Lənkəran"ın 8-ci tur çərçivəsindəki rəqibi paytaxtı təmsil edən “Bakı” klubu olacaq. Matç oktyabrın 19-da, saat 17:00-da start götürəcək. (klub saytı)
