17 oktyabr 2014 11:00

Berti Foqts Azərbaycan millisindən getdi

Dünən İsveçrənin Sürix şəhərində AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüş zamanı Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsində keçirdiyi oyunlar müzakirə olunub.

Foqts təəssüflə bildirib ki, artıq Azərbaycan millisində gələcəyini görmür. O, deyib ki, komanda son oyunda əzmkarlıq göstərməyib. Bundan əlavə, bir neçə ildi dəfələrlə vurğuladığı fiziki hazırlıq problemi hələ də öz həllini tapmayıb və bu çatışmazlığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil. O, Azərbaycanda 6 il çalışdığını, bəzi oyunlarda azarkeşlərə böyük sevinc bəxş etdiklərini qeyd edib, ötən müddət ərzində rəhbərliyi altında çıxış etmiş futbolçulara biliklərini aşıladığını və bu biliklərin gələcək nəsillərə də ötürüləcəyinə ümid etdiyini söyləyib. Berti Foqts millini növbəti oyunlara çıxaracaq məşqçiyə, ehtiyac duyacağı təqdirdə, həm rəqib komandalarla, həm də dəvət etməyi planlaşdırdığı futbolçularla bağlı məlumatları paylaşmağa, tövsiyələrini verməyə hazır olduğunu deyib, peşəkar fəaliyyətinə görə AFFA-ya minnətdarlıq edib, Azərbaycanı ikinci Vətəni saydığını bildirib.

AFFA-nın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Berti Foqtsa fəaliyyətini davam etdirmək təklif olunub və onun Azərbaycan milli komandasındakı fəaliyyəti AFFA tərəfindən yüksək qiymətləndirilir. R.Abdullayev söyləyib ki, B.Foqtsun gördüyü işlər ümumilikdə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərib. Çox böyük nailiyyət olmasa da, Azərbaycan milli komandası seçmə mərhələlərdə ən böyük göstəriciyə B.Foqtsun rəhbərliyi altında nail olaraq 9 xal toplayıb, millimiz FIFA-nın reytinq cədvəlində 73-cü pilləyə qədər yüksəlib. AFFA prezidenti Berti Foqtsa böyük hörmətlə yanaşdıqlarını, gördüyü işlərin hər zaman minnətdarlıqla xatırlanacağını deyib, onun həmişə Azərbaycan futbolunun dostu qalacağını söyləyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.