Elnur Abdullayev: Bakıya qarşı liderlərlə oyundakı kimi mübarizə aparmalıyıq
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Bakı" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqibə yuxarıdan aşağı baxa bilmərik. Liderə qarşı necə oynayırıqsa, bu komandaya qarşı da elə çıxış etməliyik. Liderlərin fərqi artırmasına imkan verməmək üçün qələbə qazanmalıyıq. Uğursuzluğumuzun nə ilə bağlı olduğunu deyə bilmərəm. Qol vəziyyətləri yaratsaq da, dəyərləndirə bilmirik. Buna görə təkcə Rauf Əliyevi qınamaq da düzgün deyil. Ona vaxt vermək lazımdı. Uğursuzluq baş məşqçi ilə də bağlı deyil. Yığmaya gəlincə, niyə əsas komandamıza çağırılmadığımı deyə bilmərəm. Hamını dəvət etdilər, məni yox. Mən öz işimlə məşğul olmağa, oynamağa çalışıram. Çağırsalar, gedəcəm".
