17 oktyabr 2014 00:15
Vladimir Levin: Ümidvaram ki, Qarabağla oyunda yaxşı nəticə qazana biləcəyik
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Vladimir Levin millimizin İtaliya (1:2) və Xorvatiya (0:6) ilə oyunlarından, eləcə də "Qarabağ"a qarşı keçirəcəkləri çempionat oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliya ilə oyunumuz alındı. Xal qazana bilərdik. İtaliya kimi nəhəng komanda ilə baş-başa mübarizə aparmağı bacardıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Xorvatiya ilə görüşə gəlincə, bu qarşılaşmanı tezliklə unutmağımız lazımdı.
"Qarabağ"la oyunumuz çox çətin olacaq. Bu oyuna ciddi hazırlaşırıq. Ümid edirəm ki, yaxşı nəticə qazana biləcəyik".
