17 oktyabr 2014 00:05

Topaz Premyer Liqasında 8-ci tur həyəcanı

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatır. Azerisport.az xəbər verir ki, çempionat qaldığı yerdən - 8-ci turun oyunları ilə davam edəcək.

Hesabat turunun oyunları 3 gün davam edəcək. Həftənin mərkəzi oyunu liderlər qrupunda qərarlaşan “Qarabağ” və “Qəbələ” arasında olacaq.

8-ci tur “Sumqayıt” - “Neftçi” matçı ilə start götürəcək. Bu komandaların oyunlarında “Neftçi” cüzi üstünlüyə malik olsa da, son iki matçda “Sumqayıt” qalib gəlib. Geridə qalan 8 oyundan 4-də "ağ-qaralar", 3-də isə sumqayıtlılar 3 xala sevinən tərəf olublar. Daha bir görüşdə isə heç-heçə qeydə alınıb. "Gənclik şəhəri" təmsilçisi son 3 ev oyununda bakılıların qapısına qol vurmağı bacarıb. Baxmayaraq ki, top fərqində "Neftçi"nin ciddi üstünlüyü var - 20:10. "Sumqayıt" bu mövsümı fırtına kimi başlasa da, son turlarda ardıcıl uğursuzluqla üzləşməkdədi. İstisna deyil ki, onlara növbəti zərbəni daha iddialı paytaxt təmsilçisi vursun.

İlk oyun gününün digər qarşılaşması “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək. “Qarabağ” 25-ci - yubiley duelinə böyük üstünlüklə çıxacaq. Əvvəlki 24 oyunun yarısında qalib gələn Ağdam təmsilçisi son 6 görüşdə xal itirməyib. 7 qarşılaşmada heç-heçə qeydə alındığı qalan 5 görüş "Qəbələ"nin qələbəsiylə başa çatıb. Top fərqində də ağdamlılar üstündülər - 33:21. Son ölkə çempionu yeni mövsümə uğurlu start vermədiyindən bu görüşdən mütləq qələbə ilə ayrılmağa çalışacaq. Bu, həm də Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı oyun öncəsi komandadakı atmosferi yaxşılaşdırmaq baxımından vacibdi. Amma Dorinel Muntyanunun komandası da iddialıdı və paytaxtdan 3 xalla qayıtmaq istəyindədi.

İkinci oyun günündə əvvəlcə "Araz Naxçıvan"la AZAL üz-üzə gələcək. Bu komandalar indiyə qədər görüşməyiblər. Mövsümə "Neftçi" üzərində böyükhesablı qələbə ilə başlayan naxçıvanlılar ondan sonra ardıcıl məğlubiyyətlərlə üzləşməkdədi. Hətta baş məşqçisi Əsgər Abdullayevin istefası da gündəmə gələn komanda vəziyyəti yaxşılaşdırmaq üçün "təyyarəçilər"lə ev oyununda uğursuz gedişata son qoymağa çalışacaq. Amma Tərlan Əhmədovun komandası da səfərə məğlub olmaq üçün getmir və bu üzdən Muxtar Respublikada maraqlı bir qarşılaşmanın baş tutacağını gözləmək olar.

Günün digər oyununda “İnter” “Simurq”la münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt klubu bu rəqiblə qarşılaşmalarda böyük üstünlüyə malikdi. Əvvəlki 20 oyunun 15-də məhz bakılılar 3 xala sevinən tərəf olublar. Zaqatala klubu 3 matçda qələbə qazandığı halda, 2 görüşdə də heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi son 3 qarşılaşmada qol da vura bilməyib. Bakılılar isə son iki ev matçında qalib gəlməyib. Bütövlükdə, top fərqi "bankirlər"in xeyrinədi - 32:11. Turnir cədvəlinə başçılıq edən "İnter" futbol ictimaiyyəti arasında bir neçə ildi "kiçik qardaşı" hesab olunan bölgə klubunu məğlub etməklə zirvədəki yerini qorumağa çalışacaq. "Simurq" isə son turlardakı məğlubiyyət seriyasına son qoymaq arzusundadı.

Hesabat turuna "Xəzər Lənkəran” - “Bakı” oyunu ilə yekun vurulacaq. 29-cu duel ərəfəsində “Bakı” üstünlüyə malikdi. "Zolaqlılar" 9 oyunda qalib gəldiyi halda, 7 matçda cənublular qələbəyə seviniblər. 12 görüşdə isə qalib müəyyənləşməyib. Paytaxt təmsilçisi son 8 qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” isə son 3 görüşdə qalib gəlməyib. Top fərqində də "ağ-yaşıllar" geridədi - 28:29. Hər iki komanda bu mövsüm uğursuz çıxış edir. Baxmayaraq ki, daha çətin vəziyyətdə olan "zolaqlılar" son iki turda qələbəyə seviniblər. Oğuz Çətinin komandası doğma meydanda keçirilən oyunda rəqibini məğlub yola salmağa çalışacaq. Amma gənclərdən ibarət "Bakı"nın asanlıqla təslim olmayacağı dəqiqdi.

Topaz Premyer Liqası
8-ci tur

17 oktyabr (cümə)

16:00. Sumqayıt - Neftçi
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. “Kapital Bank Arena”, süni örtüklü meydança.

19:30. Qarabağ - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18 oktyabr (şənbə)

15:00. Araz Naxçıvan - AZAL
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Fazil Mürşüdov
Naxçıvan Muxtar Respublika stadionu.

18:00. İnter - Simurq
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Coşqun Həsənov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. “İnter Arena”.

19 oktyabr (bazar)

17:00. Xəzər Lənkəran - Bakı
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 

NKlublarOQHMT-FX
1İnter742120-414
2Sumqayıt740310-1012
3Qarabağ63219-611
4Qəbələ73227-811
5Neftçi63125-710
6Simurq73049-89
7Xəzər Lənkəran72235-68
8AZAL62225-88
9Bakı72146-157
10Araz Naxçıvan61055-93

Bombardirlər:
5
- Mikel Alvaro (İnter)
4 - Məhəmməd Qurbanov (Sumqayıt)
3 - Baçana Sxadadze (İnter), Rəşad Eyyubov (Simurq), Cavid Hüseynov (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.