16 oktyabr 2014 18:30
Azərbaycan Portuqaliyaya da uduzdu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması AÇ-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamızın qrupdakı son rəqibi Portuqaliya olub.
Millimiz bu görüşdə də uduzub. Portuqaliyalılar 2 cavabsız qolla üstün olublar.
Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri əvvəlki görüşlərində İsveçrə (0:5) və Macarıstana (1:3) da uduzmuşdu.
Qrupdakı vəziyyət: İsveçrə - 9 xal, Macarıstan - 6, Portuqaliya - 3, Azərbaycan - 0.
