16 oktyabr 2014 18:15
Andrey Kristya: Qarabağa qalib gələcək gücdəyik
"Qəbələ"nin hücumçusu Andrey Kristya Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. "Qarabağ"ın potensialı hər kəsə məlumdu. Onlar Avropa Liqasında oynayırlar. Amma biz də güclüyük. Sabahkı oyunda xal və qələbə qazanacaq gücdəyik".
