16 oktyabr 2014 18:00

Vanderson Skarduelli: XL qış fasiləsinə ilk üçlükdə yollanmalıdı

"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduellinin azerisport.az saytına müsahibəsi

- "Bakı" ilə oyundan nə gözləyirsiz?
- Bilirik ki, bizim üçün vacib oyundu. Liderlər bizdən hər tur daha da aralanır. Bu ənənəyə son qoymaq lazımdı. Mümkün qələbə bizim turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıra bilər.

- Rəqib güclü heyətə malik olmasa da, son iki oyunda qələbə qazanıb...
- "Bakı"da baş verənlərdən xəbərim var. Onlar heç də yaxşı dövrlərini yaşamırlar. Amma biz özümüz də elə vəziyyətdə deyilik ki, hansısa rəqibi qiymətləndirməyək. XL hazırda 7-ci pillədə qərarlaşıb və qələbə qazanmağa borcludu.

- "Xəzər Lənkəran"ın sonadək belə qeyri-sabit çıxış edəcəyini gözləmək olar?
- Xeyr. Komandamızın kifayət qədər gücü və potensialı var ki, vəziyyəti yaxşılaşdırsın. Biz sonadək turnir cədvəlinin axırıncı pillələrində qərarlaşa bilmərik.

- Bəs "Neftçi", "Qarabağ", "İnter" kimi klublarla baş-başa mübarizə aparmağa gücünüz yetəcək?
- Əlbəttə, indi layiq olduğumuz yerdə deyilik. Amma əminliklə deyə bilərəm ki, bizim bu komandalarla mübarizə aparmaq üçün kifayət qədər potensialımız və gücümüz var.

- Artıq iki ildi cənub klubundasız. Özünüzü komandanın pis çıxışında günahkar hesab edirsiz?
- Bəli, mən də günahkaram. Futbol komanda oyunudu və qələbə qazananda payım olduğu qədər, məğlubiyyətdə də günahım var.

- İki ay sonra qış fasiləsi başlayacaq. Sizcə, komandanız fasiləyə neçənci pillədə yollana bilər?
- İlk üçlükdə olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.