16 oktyabr 2014 17:30
Qarabağ Qəbələyə qalib gəldi, Neftçi xal itirdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında təşkil olunan ölkə çempionatında 8-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sumqayıt” “Neftçi” ilə sülh bağlayıb. “Qarabağ” isə “Qəbələ”ni məğlub yola salıb.
Əvəzedicilərin çempionatı
8-ci tur
16 oktyabr
Sumqayıt - Neftçi - 2:2
Qollar: Samir Abdulov, 6-pen. Rahil Məmmədov, 16-öz qapısına. - Cavid Muxtarzadə, 43. Aqşin Qurbanlı, 78.
Qarabağ - Qəbələ - 1:0
Qol: Elmir Namazov, 25.
