16 oktyabr 2014 17:25
Dimitar Rangelov: Azərbaycan Bolqarıstana rəqib deyil
İsveçrənin "Lütsern" klubunun hücumçusu Dimitar Rangelov Bolqarıstan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim qrupda üçüncü yeri tutmaq şansımız olsa da, azdı. AÇ-nin final mərhələsinə çıxmaq üçün daha güclü komandaları məğlub etməyimiz lazımdı. Yalnız Azərbaycan üzərində qələbə qazanmaqla iş bitmir. Bu komanda Bolqarıstanın səviyyəsinə uyğun rəqib deyil. İddiamız daha böyük olmalıdı. Amma şansımız var".
