16 oktyabr 2014 17:00
Sezar Meza Kolli ancaq noyabrda sıraya dönə biləcək
"İnter"in uzun müddətdi zədədən əziyyət çəkən yarımmüdafiəçisi Sezar Meza Kollinin sıraya nə vaxt dönəcəyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, artıq müalicəsini başa vurub Bakıya qayıdan paraqvaylı futbolçu özünü yaxşı hiss edir.
Amma məşqçilər korpusu onunla bağlı risk etmək istəmirlər. Böyük ehtimalla Sezar ən tezi noyabrda meydana çıxa biləcək.
