16 oktyabr 2014 16:50
Vobay Kameruna qayşı oynadı
"Neftçi"nin futbolçusu Julius Vobayın çıxış etdiyi Syerra-Leone millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, adıçəkilən komanda səfərdə Kamerun yığması ilə üz-üzə gəlib.
Görüş qonaqların 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu komanda ilə ev oyununda isə qolsuz heç-heçə qeydə alınıb. Hər iki oyuna start heyətdə daxil olan Vobay birincidə 90-cı dəqiqədə əvəzlənib, ikincidə isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, D qrupunda yer alan Syerra-Leone millisi 4 oyundan sonra 1 xalla sonuncu sırada yer alır.
