16 oktyabr 2014 15:30
Flavinyo, Vobay və Elnur Sumqayıtla oyunda Neftçiyə kömək edə bilməyəcək
"Neftçi" Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt"la oyuna ciddi itkilərlə hazırlaşır. Azerisport.az xəbər verir ki, Julius Vobay komandanın düşərgəsinə bu gecə qayıdacaq və böyük ehtimalla sözügedən görüşü buraxacaq.
Zədəsini sağaltmayan Flavinyonun da bu görüşdə forma geyinməsi sual altındadı.
Yığmanın heyətindən yüngül zədə ilə qayıdan Elnur Allahverdiyevin də meydana çıxması dəqiq deyil. Onun durumuna bu gün aydınlıq gələcək.
