16 oktyabr 2014 15:20
Yure Travner: Lənkərana ancaq qələbə üçün gedirik
"Bakı"nın sloveniyalı yarımmüdafiəçisi Yure Travner Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son iki oyunda qələbə qazanmışıq. Bunun sayəsində komandada özünəinam artıb. İstənilən rəqiblə mübarizə aparıb, qələbə qazana bilərik. "Xəzər Lənkəran" çempionatdakı ən güclü komandalardan biridi. Onlara qarşı oynamaq çətin olacaq. Amma biz Lənkərana ancaq qələbə üçün gedəcəyik. Xoşdu ki, Jaba da klubumuzun sıralarına qayıdıb. O, güclü futbolçudu və bizə köməyi dəyəcək".
