16 oktyabr 2014 14:00
Yığmamız almanlarla heç-heçə etdi
Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, FSV Frankfurt klubunun U-19 komandasına qarşı keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın qollarını Benhur Kama və Bəhlul Mustafazadə vurub.
