16 oktyabr 2014 13:50
Arif Əsədov: Hədəfimiz qalib gəlməkdi
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib turnir cədvəlində bizdən öndədi. Hesabat turunda biz onları qabaqlamaq istəyirik. "Sumqayıt"la bizi ciddi qarşıdurma gözləyir. Heyətlə bağlı problemlərimiz var. Amma hədəfimiz qələbə qazanmaqdı".
