16 oktyabr 2014 12:55
Rəşad Sadiqov Bakı ilə matçı buraxa bilər
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Bakı" iə oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, o, komandasının əvəzedici heyətlə yoxlama görüşündə zədələnib.
Ona görə də istisna deyil ki, Sadiqov növbəti qarşılaşmada meydana çıxmasın.
