16 oktyabr 2014 11:25

Kankava: Qarabağ güclü olsa da, Kiyevdə bizi ancaq qələbə qane edəcək

Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Jaba Kankava Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hamımıza maraqlı bir qrup qismət olub. Hələ ki, həm bizim, həm də "Qarabağ"ın qrupdakı vəziyyəti yaxşı deyil. Amma hər iki komandanın pley-offa yüksəlmək şansı qalmaqdadı".

Kankava Azərbaycan çempionuna hörmətlə yanaşdıqlarını söyləyib: "Onların oyunlarına baxmışam. Həm "Sent-Etyen", həm də "İnter"lə görüşü izləmişəm. "Qarabağ"ın hər iki rəqibinə qol vurmaq şansları oldu. Bu komandada daha çox müdafiə və hücum xəttini xüsusi qeyd edərdim".

"Qarşıda "Qarabağ"la iki oyun var. Öncə Kiyevdə oynayacağıq. Rəqibin gücünə baxmayaraq, bizi ancaq qane edəcək".

"Bakıdakı oyuna gəlincə, hələ ona vaxt var. İstənilən halda, bizə hər iki görüşdə çətin olacaq".

Qeyd edək ki, ilk iki oyundan sonra bu komandalar hərəyə 1 xal toplaya bilib. "Qarabağ" oktyabrın 22-də Kiyevdə "Dnepr"in qonağı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.